Главная > Hadisə > Rusiyada Çin vətəndaşı azərbaycanlını öldürdü

Rusiyada Çin vətəndaşı azərbaycanlını öldürdü


10-01-2020, 15:40. Разместил: azadses
Evlərin birinin liftinin qarşısında çox sayda bıçaq vurulmuş kişi meyiti tapılıb
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı öldürülüb.
Azadsəs-in REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin cənub-şərq hissəsində baş verib.
Xəbərdə bildirilir ki, Marinski Park küçəsində yerləşən evlərin birinin liftinin qarşısında çox sayda bıçaq vurulmuş kişi meyiti tapılıb. Müəyyən olunub ki, o, 53 yaşlı Azərbaycan vətəndaşıdır.
Hadisəni törədən şəxsin Çin vətəndaşı olduğu bildirilib. Hazırda “KİA Optima” markalı avtomobili idarə edən həmin şəxs axtarışa verilib.
Hadisənin təfərrüatı araşdırılır.







Вернуться назад