Главная > Hadisə > Lənkəranda mağaza yandı

Lənkəranda mağaza yandı


7-11-2020, 09:04. Разместил: azadses
Lənkəran rayonunun Moloja kəndində ümumi sahəsi 15 kvadrat metr olan dəmir konstruksiyalardan ibarət mağazanın yanar konstruksiyaları və içərisindəki mallar 12 kvadrat metr sahədə yanıb.
''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.

Вернуться назад