Главная > Hadisə > İmişlidə dəhşətli hadisə: Azyaşlı oğlanı zorlayıb, kanala atdılar

İmişlidə dəhşətli hadisə: Azyaşlı oğlanı zorlayıb, kanala atdılar


8-01-2020, 21:30. Разместил: azadses
Azərbaycanda tükürpədici hadisə baş verib. 
Azadsəs Oxu24.com-a istinadən xəbər verir ki, azyaşlı oğlan uşağı zorlanıb, daha sonra kanala atılıb. Hadisə İmişlidə olub. 
Bu barədə “Space TV”də yayımlanan “Gəl Dərdini Danış” verilişində İmişlidən olan ailə çıxış edib.  
Eldar bəy oğlunun qoyun otaran zaman tanımadığı şəxs tərəfindən boğularaq kanala atıldığını bildirib: 
“Qızım qaça-qaça gəlib xəbər etdi ki, bəs Vüqarı kimsə boğub kanala atdı. Getdim gördüm uşağım pis gündə...” 
Həmin anda Vüqara qarşı təcavüz etmək istəyən şəxs “Məni Zahid göndərib” deyərək Vüqara hücum edib.  
4 yaşlı uşağın iddialarına görə həmin şəxs 25-26 yaşlarında, iri gözlü və hündür şəxs olub. 
Ailə iddia edir ki, ərazidə kameralar olsa da, işi görən şəxsi tapan yoxdu.
Вернуться назад