Главная > Hadisə > Elinanın ölümünə səbəb olan direktor yenə arzusuna çatmadı

Elinanın ölümünə səbəb olan direktor yenə arzusuna çatmadı


8-01-2020, 13:31. Разместил: azadses
Hakim direktorun şikayətini təmin etmədi
Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan və bir gün sonra xəstəxanada vəfat edən şagird Elina Hacıyeva ilə bağlı daha bir məhkəmə qərarı verilib. İş üzrə təqsirləndirilən, hadisənin baş verdiyi 162 saylı orta məktəbin direktoru Sevinc Abbasova barəsindəki hökmdən E.Hacıyevanın ailəsinin verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün yekunlaşıb.
Hakim Kamran Əkbərov tərəflərin şikayətlərini təmin etməyib, hökm olduğu kimi qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib.
S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.




Вернуться назад