Главная > Hadisə > Bakıda oğurluq edən 3 qardaş tutuldu
Bakıda oğurluq edən 3 qardaş tutuldu2-11-2020, 11:18. Разместил: azadses |
![]() Daxili İşlər Nazirliyindən ''Azad Səs'' -ə verilən məlumata görə, hadisə ilə bağlı dərhal Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha 2 mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri 4 obyektdə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar. Faktlarla bağlı saxlanılan şəxslər barəsində 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Səbail RPİ-nin 8-ci Polis Bölməsinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər. Вернуться назад |