Главная > Hadisə > Taksi sürücüsünü hədələyib pulunu aldılar
Taksi sürücüsünü hədələyib pulunu aldılar22-10-2020, 12:36. Разместил: azadses |
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Abşeron RPİ-yə müraciət edən Aşağı Güzdək qəsəbə sakini İ.Söhbətov oktyabrın 20-də Xırdalan şəhəri ərazisində idarə etdiyi “Nissan” markalı avtomobilə sərnişin qismində oturmuş iki nəfərin onu hədələyib 20 manat pulunu aldıqlarını deyib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Bəkirov və N.Rəhimov müəyyən edilərək saxlanılıblar. Вернуться назад |