Главная > Hadisə > Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var - SON DƏQİQƏ

Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var - SON DƏQİQƏ


21-10-2020, 13:31. Разместил: azadses
Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Вернуться назад