Главная > Hadisə > Bakıda beş nəfər köməksiz qaldı

Bakıda beş nəfər köməksiz qaldı


9-10-2020, 08:32. Разместил: azadses
Ötən sutka ərzində Bakı şəhərinin Yasamal və Sabunçu rayonları üzrə beş nəfər liftdə köməksiz qalıb.
''Azad Səs'' xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.
Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib.


Вернуться назад