Главная > Hadisə > Bakıda intihara cəhd edən şəxs fikrindən daşındırıldı
Bakıda intihara cəhd edən şəxs fikrindən daşındırıldı8-10-2020, 17:22. Разместил: azadses |
Bakıda intihara cəhd hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən "Azad Səs"-ə verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Вернуться назад |