Главная > Hadisə / Dünya > İranda müxalifətçinin atası intihar edib
İranda müxalifətçinin atası intihar edib5-10-2020, 17:08. Разместил: azadses |
İranda barəsində edam hökmü çıxarılmış müxalifətçi Əmirhüseyn Muradinin atası Məhəmməd Muradi intihar edib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, məlumatı “Etemad News” yayıb. Bildirilib ki, Məhəmməd Muradi edam hökmü barədə xəbərlə bağlı davamlı psixoloji təzyiqə dözməyib. Məhəmməd Muradinin anasının sözlərinə görə, əri həmişə oğlundan danışıb: "O deyirdi ki, yenidən Əmirhüseynlə bir masa arxasında oturmaq istərdi". Məlumata görə, güləşçi Nəvid Əfkarinin edam hökmünün icrası onu çox məyus edibmiş. Qeyd edək ki, Nəvid Əfkari bu günlərdə edam olunub. O, 2018-ci ilin payızında İranda keçirilən etiraz mintinqlərinin təşkilində şübhəli bilinirdi. Вернуться назад |