Главная > Hadisə > Goranboyda qəza: 79 yaşlı kişi yaralandı

Goranboyda qəza: 79 yaşlı kişi yaralandı


1-10-2020, 08:29. Разместил: azadses
Goranboy rayonunun Goran qəsəbəsində dairəvi yolun yaxınlığında iki avtomobil toqquşub. 
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, APA-nın məlumatına görə, “VİTO” markalı maşın “Zil” markalı yük maşını ilə toqquşub. 
Qəza nəticəsində “VİTO”da olan sərnişin - Tovuz rayon sakini, 1941-ci il təvəllüdlü Abbasov Heydər Namaz oğlu xəsarət alıb. 
Faktla bağlı araşdırma aparılır. 


Вернуться назад