Главная > Hadisə > SON DƏQİQƏ: Binəqədidə iki mərtəbəli evdə yanğın

SON DƏQİQƏ: Binəqədidə iki mərtəbəli evdə yanğın


26-09-2020, 16:06. Разместил: azadses
Paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 120 kvadratmetr olan ikimərtəbəli evin çardağı 50 kvadratmetr sahədə yanıb.
''Azad Səs'' xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 10 kvadratmetr sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Вернуться назад