Главная > Hadisə > Evdə kişi meyiti tapılıb

Evdə kişi meyiti tapılıb


25-09-2020, 09:01. Разместил: azadses
Nərimanov rayonunda evdə 60 yaşlı kişi meyiti tapılıb.
''Azad Səs'' xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyev Fazil Əmir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Вернуться назад