Главная > Hadisə > Bakıda kişi benzin töküb özünü yandırdı

Bakıda kişi benzin töküb özünü yandırdı


24-09-2020, 12:21. Разместил: azadses
Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub.
1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub.
O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır. //Oxu.az


Вернуться назад