Главная > Hadisə > Qubada müəmmalı olaylar davam edir: Daha bir nəfərin...

Qubada müəmmalı olaylar davam edir: Daha bir nəfərin...


20-09-2020, 16:36. Разместил: azadses
Dünən Qubanın yanğın olan Dəlləkli kəndində bu gün də yanğın baş verib. 
''Azad Səs'' xəbər verir ki, bu dəfə kənd sakini Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb. 
Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də hadisə yerinə gəlib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Dəlləkli kəndində 4 yanğın olub.  Kənd sakinlərinə məxsus ot tayaları və tövlələr yandırılıb. //Qafqazinfo



Вернуться назад