Главная > Hadisə > Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası olub, xəsarət alanlar var


20-09-2020, 13:17. Разместил: azadses
Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb. Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.



Вернуться назад