Главная > Hadisə > SON DƏQİQƏ: Azərbaycanda 6 polis əməkdaşı ölüb - SƏBƏBİ İSƏ...

SON DƏQİQƏ: Azərbaycanda 6 polis əməkdaşı ölüb - SƏBƏBİ İSƏ...


17-09-2020, 15:57. Разместил: azadses
“Azərbaycanda karantin rejiminə nəzarət edən polislərin virusa yoluxma sayında azalma müşahidə olunur”.
''Azad Səs'' Azmedia.Az-a istinadən xəbər verir ki , bu sözləri Redaktor.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, əvvəlki aylara nisbətən daha az polis əməkdaşı koronavirusa yoluxub.
“Hazırda virusa yoluxan əməkdaşlrımızın müalicəsi davam edir. Onlardan bir qismi xəstəxanada, digərləri isə ev şəraitində müalicə alır, vəziyyətləri yaxşıdır. Ümumilikdə pandemiya ərzində 6 əməkdaşımız virusdan dünyasını dəyişib”, - deyə E. Zahidov bildirib.

Вернуться назад