Главная > Hadisə > Bakıda özünü 16-cı mərtəbədən atan 27 yaşlı müəllimənin SON SÖZLƏRİ - ŞOK FAKTLAR
Bakıda özünü 16-cı mərtəbədən atan 27 yaşlı müəllimənin SON SÖZLƏRİ - ŞOK FAKTLAR17-09-2020, 15:02. Разместил: azadses |
Ötən gün Bakıda 27 yaşlı müəllimənin özünü binadan ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb. ''Azad Səs'' Baxar.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, intihar edən 26 fevral 1993-cü il təvəllüdlü İsayeva Naida Namiq qızı Suraxanı rayon sakini olub. O, Surxanı rayonunda qeydiyyatda olmaqla Hövsan qəsəbəsində ailəsi ilə yaşayırmış. İntihar hadisəsi isə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında – Aşıq Molla Cümə küçəsi 19B ünvanında baş verib. Dünən həmin əraziyə gələn N.İsayeva binanın sonuncu - 16-cı mərtəbəsinə qalxıb və özünü oradan atıb. İlkin araşdırmalar zamanı həmin binada və yaxınlıqda 27 yaşlı N.İsayevanın yaxınlarının yaşamadığı da dəqiqləşib. Gənc müəllimənin hansı səbəbdən intihar etməsi, həmin ərazini niyə seçməsi hələlik tam dəqiqləşəsə də, rəfiqəsi onun ölümündə əvvəl “Arxamca heç kim pis heç nə deməsin, çünki layiq deyiləm” mesajını paylaşdığını deyib. O da məlum olub ki, intihar edən müəllimə subay olub. O, 2009 cuildə Bakı Humanitar Kolleci ibtadai sinif müəllimliyi ixtisasına qəbul olub. 2013-cü ildə kolleci bitirib. 2018-ci ildə Xəzər rayonu 121 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə qəbul edilib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (publika.az) Вернуться назад |