Главная > Hadisə > Azərbaycanın daha bir professoru vəfat etdi — FOTO

Azərbaycanın daha bir professoru vəfat etdi — FOTO


16-09-2020, 08:02. Разместил: azadses
Azərbaycan Texniki Universitetinin (AzTU) "Azərbaycan dili və pedaqogika” kafedrasının professoru Əzizə Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Universitetin mətbuat xidmətindən bildirilib.
 
Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2001-2005-ci illərdə AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.
 
2005-ci ildən dosent vəzifəsinə seçilib.


Вернуться назад