Главная > Hadisə > Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı


15-09-2020, 12:53. Разместил: azadses
Bakı şəhərinin Nizami rayonunda mənzildən bir nəfərin meyiti tapılıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar.
Orada aşkarlanan 1957-ci il təvəllüdlü İsmayılov Sədi Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Вернуться назад