Главная > Hadisə > İranda yenə zəlzələ oldu
İranda yenə zəlzələ oldu10-12-2019, 15:47. Разместил: azadses |
İki gün öncə daha güclü zəlzələ olmuşdu İranın cənub-qərbində Kohgiluyə və Buyir Əhməd vilayətinin Bəhmei rayonu yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib. Azadsəs-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 11:51-də 17 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Вернуться назад |