Главная > Hadisə > Azərbaycanda gəlin qayınatasını bıçaqladı
Azərbaycanda gəlin qayınatasını bıçaqladı14-09-2020, 08:37. Разместил: azadses |
Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. ''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.(report.az) Вернуться назад |