Главная > Hadisə > Sumqayıtda mebel sexində güclü yanğın baş verdi

Sumqayıtda mebel sexində güclü yanğın baş verdi


13-09-2020, 10:41. Разместил: azadses
Sumqayıtda axşam saatlarında güclü yanğın hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində fəaliyyət göstərən mebel sexində qeydə alınıb. Qəfildən alışan sexdə bütün avadanlıqlar, yumşaq mebel dəstləri yanaraq kül olub. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüb və digər ərazilərinin keçməsinin qarşısı alınıb.
Sex sahibi Məsud Əliyev bildirib ki, o mebel sexini bağlayıb evə getdikdən 20 dəqiqə sonra obyektdə yanğın başlayıb:
Sex sahibinin sözlərinə görə ona 12000 manata yaxın ziyan dəyib.
Hadisəsin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.




Вернуться назад