Главная > Hadisə > Salyanda gənc oğlan bıçaqlanıb

Salyanda gənc oğlan bıçaqlanıb


11-09-2020, 07:53. Разместил: azadses
Salyanda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад