Главная > Hadisə > Lənkərandan acı xəbər: Ölən və yaralılar var

Lənkərandan acı xəbər: Ölən və yaralılar var


9-09-2020, 12:19. Разместил: azadses
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub. 
''Azad Səs'' Oxu24.com-a istinadən xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib. Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi 99-JR-725 dövlət qeydiyyat nömrəli "Ford" markalı yük avtomobili ilə İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi 42-CN-713 qeydiyyat nömrəli "VAZ 2107" markalı avtomobil toqquşub.
Minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan biri, 1979-cu il təvəllüdlü Mahir Əhmədov yolda dünyasını dəyişib.
Digər xəsarət alanlar - 1947-ci il təvəllüdlü Güldərən Əhmədova, 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 2014-cü il təvəllüdlü Hüseyn Mahir oğlu Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli oğlu Kəlbiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад