Главная > Hadisə > Bakıdan hopdurulan narkotiki poçtla xaricə göndərmək istədilər

Bakıdan hopdurulan narkotiki poçtla xaricə göndərmək istədilər


9-12-2019, 13:15. Разместил: azadses
Şübhəli bağlamaya it reaksiya verib
Azərbaycanda beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycandan Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.
Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.




Вернуться назад