Главная > Hadisə > İcra nümayəndəsi qəza törətdi - həyat yoldaşı öldü

İcra nümayəndəsi qəza törətdi - həyat yoldaşı öldü


8-12-2019, 12:34. Разместил: azadses
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Azadsəs-in məlumatına görə, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.
Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад