Главная > Hadisə > Goranboyda avtomobil ağaca çırpıldı, ölən var

Goranboyda avtomobil ağaca çırpıldı, ölən var


29-08-2020, 07:59. Разместил: azadses
Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xoylu kənd yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan, Goranboy rayon Qaradağlı kənd sakini, 1991-ci il təvəllüdlü Məhərrəm Musayev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Вернуться назад