Главная > Hadisə > Kürdəmirdə qətl törədən şəxsin məhkəməsi başlayır

Kürdəmirdə qətl törədən şəxsin məhkəməsi başlayır


28-08-2020, 16:47. Разместил: azadses
Mayın 12-də Kürdəmir rayonu ərazisində rayon sakini Cəbrayıl Malkova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Kürdəmir Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Kürdəmir Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Rahim İslamovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək, Cəbrayıl Malkovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Вернуться назад