Главная > Hadisə > DİN-dən yolu bağlayan qadınlarla bağlı açıqlama
DİN-dən yolu bağlayan qadınlarla bağlı açıqlama27-08-2020, 09:37. Разместил: azadses |
Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə açıqlama verib. DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar. Bildirilib ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb: "Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”. Вернуться назад |