Главная > Hadisə > Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetiribBu gün, 08:00. Разместил: azadses |
Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, motosiklet yolu keçən 2006-cı il təvəllüdlü Məmmədli Ayan Teymur qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |