Главная > Hadisə > Şəmkirdə qəza, 5 nəfər yaralandı

Şəmkirdə qəza, 5 nəfər yaralandı


23-08-2020, 15:04. Разместил: azadses
Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, Şəmkir-Gədəbəy avtomobil yolunun Yasamal aşırımı adlanan ərazisində "VAZ" markalı avtomobillə yük maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
57 yaşlı Davud Orucov, 26 yaşlı İlkin Rəhimov və 12 yaşlı Tapdıq Quliyevin xəsarətləri daha ciddi olduğuna görə, onlar Gəncədə xəstəxanaların birinə yerləşdiriliblər. Daha 2 nəfərin vəziyyəti isə normal qiymətləndirilir.Məlumata görə, "VAZ" markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад