Главная > Hadisə > Qubada avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Qubada avtomobil ağaca çırpılıb, ölən və yaralanan var


Bu gün, 16:39. Разместил: azadses
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində "Hyundai" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.


Вернуться назад