Главная > Hadisə > Suraxanıda 60 yaşlı qadını avtomobil vurub

Suraxanıda 60 yaşlı qadını avtomobil vurub


29-09-2024, 08:53. Разместил: azadses
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Hövsan qəsəbəsində avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Həmidova Sevil Amanşah qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад