Главная > Hadisə > Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var

Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var


15-09-2024, 16:23. Разместил: azadses
Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1972-ci il təvəllüdlü V.Məmmədovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Qəza nəticəsində sürücü ilə birgə sərnişin, 1983-cü il təvəllüdlü C.Məmmədov xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Вернуться назад