Главная > Hadisə > Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb

Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb


15-09-2024, 15:35. Разместил: azadses
Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.


Вернуться назад