Главная > Hadisə > Bakıda 68 yaşlı qadını avtomobil vurub
Bakıda 68 yaşlı qadını avtomobil vurub8-09-2024, 08:54. Разместил: azadses |
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Kərimova Fəridə Mamed qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona oturaq sümüklərinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |