Главная > Hadisə > Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb


5-09-2024, 10:30. Разместил: azadses
Türkiyənin Qaziantep şəhərinin Yavuzeli rayonunda minik avtomobili və yük maşının iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, qəzada ölənlər yaşı 12 və 15 olan yeniyetmə bacılardır. Məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpması olub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад