Главная > Hadisə > Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


31-08-2024, 13:00. Разместил: azadses
Gəncə şəhərində avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən ali məktəblərin birinin qarşısında qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Q.Həsənov və daha 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад