Главная > Hadisə > Bakıda yeniyetməni motosiklet vurub
Bakıda yeniyetməni motosiklet vurub25-08-2024, 14:41. Разместил: azadses |
Bakının Xəzər rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 2009-cu il təvəllüdlü İsmayılov Ömər Ramin oğlu yolu keçərkən motosiklet onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |