Главная > Hadisə > Paytaxtda ahıl kişini avtomobil vurub

Paytaxtda ahıl kişini avtomobil vurub


25-08-2024, 09:41. Разместил: azadses
Bakının Sabunçu rayonunda 66 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb.

"Report"un məlumatına görə, 1958-ci il təvəllüdlü Hüseynov İsfəndiyar Allahverdi oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.


Вернуться назад