Главная > Hadisə > Zaqatalada 11 yaşlı yeniyetməni avtomobil vurub, vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib
Zaqatalada 11 yaşlı yeniyetməni avtomobil vurub, vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib22-08-2024, 08:53. Разместил: azadses |
Zaqatala rayonunda 11 yaşlı yeniyetmə yol qəzasında ağır xəsarət alıb. "Report"un məlumatına görə, 2013-cü il təvəllüdlü Mehdizadə Fariz Tərlan oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Fakt araşdırılır. Вернуться назад |