Главная > Hadisə > Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var


20-08-2024, 14:40. Разместил: azadses
Bakının Xətai rayonunda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1985-ci il təvəllüdlü Abdullayeva Aynur Aprel qızı yolu keçərkən motosiklet onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Fakt araşdırılır.


Вернуться назад