Главная > Hadisə > Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var


18-08-2024, 15:40. Разместил: azadses
Goranboy rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil maneəyə çırpılıb.

Qəza nəticəsində 1965-ci il təvəllüdlü S.Mirsəddinova, 2000-ci il təvəllüdlü K.Məmmədova, 1980-ci il təvəllüdlü S.Yaqubova, 2006-cı il təvəllüdlü A.Cəfərov, həmçinin sürücü xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад