Главная > Hadisə > Bakıda 43 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Bakıda 43 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb


12-08-2024, 13:00. Разместил: azadses
Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Həsənov Ramin Sahib oğlu bir neçə nəfərin hücumuna məruz qalıb.

Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад