Главная > Hadisə > Qonşular arasında qanlı dava: 35 yaşlı kişi öldürüldü

Qonşular arasında qanlı dava: 35 yaşlı kişi öldürüldü


5-08-2024, 14:42. Разместил: azadses
Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğunun məlumatında deyilir.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qaradağ Rayon Prokurorluğu

Вернуться назад