Главная > Hadisə > Ağsuda yol qəzası olub, xəsarət alan var

Ağsuda yol qəzası olub, xəsarət alan var


28-07-2024, 16:17. Разместил: azadses
Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Kazımova Gülbəniz Ağarıza qızı xəsarət alıb. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад