Главная > Hadisə > Yekaterinburqda yol qəzasında 4 nəfər ölüb

Yekaterinburqda yol qəzasında 4 nəfər ölüb


24-07-2024, 16:19. Разместил: azadses
Rusiyanın Yekaterinburq şəhərində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

“Qəza nəticəsində avtomobilin sürücüsü 19 yaşlı kişi və onun üç sərnişini hadisə yerində keçiniblər. Yük maşınının sürücüsü xəsarət almayıb”, – məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад