Главная > Hadisə > Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - YENİLƏNİB

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - YENİLƏNİB


20-07-2024, 18:03. Разместил: azadses
Bakının Qaradağ rayonunda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub, cinayət işi açılıb.

Bu barədə "Report"a Qaradağ Rayon prokurorluğundan məlumat verilib.

İyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

09:50
Bakının Qaradağ rayonunda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saat saatlarında Bakının Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад