Главная > Hadisə > Naxçıvanda 10 qeyri-yaşayış sahəsi özəlləşdirilib
Naxçıvanda 10 qeyri-yaşayış sahəsi özəlləşdirilib19-07-2024, 17:17. Разместил: azadses |
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzinin keçirdiyi növbəti hərracda 10 qeyri-yaşayış sahəsi özəlləşdirilib. "Report"un yerli bürosu xəbər verir ki, hərraca dövlət mülkiyyətində olan, Babək və Şahbuz rayonlarından 6 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid 13 qeyri-yaşayış sahəsi çıxarılıb. Hərracın şəffaf və rəqabətli keçməsi üçün əvvəlcədən zəruri tədbirlər görülüb və proses videokamera ilə çəkilib. Əmlaklardan 10-u satılıb. 3 qeyri-yaşayış sahəsinə isə sifarişçi olmayıb. Xatırladaq ki, bundan əvvəl Naxçıvanda 4 hərrac keçirilib. İyulun 9-da dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsinin, iyulun 11-də 13 qeyri-yaşayış sahəsinin satışı, iyulun 12-də bələdiyyə mülkiyyətində olan 1 torpaq sahəsinin icarəyə verilməsi, iyulun 16-da isə muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərraclar baş tutub. Вернуться назад |